Güləşçilərdən ibarət milli komandamızın Budapeştə yollanacaq heyəti bəlli oldu

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək güləş üzrə reytinq seriyalı turnirin iştirakçıları müəyyənləşib.

Xeber-ps.com xəbər verir ki, iyunun 6-9-da baş tutacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.

Yığmamızın 14 güləşçisi Budapeşt xalçasına çıxacaq.

Macarıstanda sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) qüvvələrini sınayacaqlar.

Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov, Ülvü Qənizadə (hər ikisi 72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışda 313 güləşçi iştirak edəcək.

0.28355097770691