"Araz-Naxçıvan" bu gün iki futbolçu ilə müqavilə bağlayıb

"Araz-Naxçıvan" 26 yaşlı müdafiəçi ilə yeni müqavilə imzaladı.

Xeber-ps.com xəbər verir ki, Naxçıvan təmsilçisi "Qəbələ"dən Ürfan Abbasov və Ülvi İsgəndərovla, həmçinin "Neftçi"dən Ömər Buludovla anlaşıb. Artıq onların siyahısına İqor Ribeyro da əlavə olunub. Ötən ilin yayında düşərgəyə cəlb edilən braziliyalı ilə 1+1 illik yeni sözləşmə imzalanıb.

26 yaşlı müdafiəçinin son komandası Paraqvay "Takuari"si olub.

Qeyd edək ki, Ribeyro daha əvvəl vətənində "Qama", "Bandeirante" və "Seilandia"da çıxış edib.

"Araz-Naxçıvan" klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Xeber-ps.com xəbər verir ki, son olaraq "Turan Tovuz"da çıxış edən qapıçı Tərlan Əhmədli ilə müqavilə imzalanıb.

Birillik anlaşmaya imza atan 29 yaşlı qolkiper yeni mövsümün sonuna qədər komandada çıxış edəcək.

O, karyerası ərzində "Sumqayıt" və "Qəbələ"nin də formasını geyinib.

Qeyd edək ki, "Araz-Naxçıvan" daha öncə Urfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.

0.092356204986572