BMT baş katibinin köməkçisi: "Bugünkü konfrans və COP29 bir-biri ilə sıx bağlıdır"

"Minalarla mübarizə üzrə konfrans və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bir-biri ilə sıx bağlıdır".

"Report" xəbər verir ki, bunu BMT baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç Zəngilanda "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu əlaqə bu kimi tədbirlərin ətraf mühit və iqlim dəyişikliyinin dayanaqlılığına nail olmaq üçün dəyişikliyə səbəb olan fəaliyyətlərə yönəldilməsindən qaynaqlanır.

0.29903984069824