Xaçmazda bir aydan çoxdur 4 azyaşlı övladı ilə birgə itkin düşən qadın tapılıb

Mayın 29-da polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 15-də paytaxtın Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, aprelin 16-da Beyləqan rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, aprelin 18-də Xaçmaz rayonu ərazisində 4 azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 34 yaşlı qadın, mayın 6-da Naxçıvan şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 19 yaşlı qız, mayın 27-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı qız və mayın 27-də Şəmkir rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 54 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

0.3001880645752