Elçin Əmirbəyov BMT baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BMT-nin baş katibinin köməkçisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç ilə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasını (COP29) müzakirə edib.

Xeber-ps.com bildirir ki, bununla bağlı İ.Jivkoviç sosial şəbəkə hesabında məlumat verib.

Görüşün məhsuldar keçdiyini vurğulayan BMT rəsmisi UNDP-nin minatəmizləmə və yaşıl inkişafa dəstək verməyə sadiq olduğunu vurğulayıb və COP29 və ondan kənarda gələcək əməkdaşlığı səbirsizliklə gözlədiklərini qeyd edib.

0.093158960342407