Jorji Jesus "Əl-Hilal"la müqavilə müddətini uzatdı

Portuqaliyalı mütəxəssis Jorji Jezuş "Əl-Hilal" klubu ilə müqavilə müddətini uzatmaq qərarına gəlib.

Məlumata görə, "Əl-Hilal" klubunun rəsmiləri portuqaliyalı çalışdırıcı ilə 1+1 illik müqavilə imzalayıblar.

69 yaşlı çalışdırıcı "Əl-Hilal" klubu ilə bütün turnirlərdə 34 matçda ardıcıl qalib gələrək dünya rekorduna imza atıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu portuqaliyalının başçılığı altında çempionatda keçirdiyi 34 matçdan 31 qələbə və 3 heç-heçə ilə ayrılıb.

Mənbə: Goal.com

0.074521064758301