Mikayıl Cabbar Azərbaycan millisinin güləşçilərini təbrik edib

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov U23 Avropa çempionatında Azərbaycan milli komandasını təbrik edib.

Xeber-ps.com xəbər verir ki, bu barədə AGF rəhbəri sosial şəbəkədə yazıb.

"Bakıda keçirilən U23 Avropa çempionatına yekun vurulub. Sərbəst güləş üzrə millimiz komanda hesabında çempion olub. Yığmamızın üzvlərindən Cəbrayıl Hacıyev (74 kq) qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram", - o qeyd edib.

0.097537040710449