Niki Minaj hava limanında saxlanıldı

Tanınmış reper Niki Minaj Niderlandın Şiphol hava limanında saxlanılıb.

Məlumata görə, müğənninin üzərində yüngül narkotik vasitələr aşkarlanıb.

Hərbi polis ABŞ vətəndaşının hava limanında yüngül narkotiklərə görə saxlanıldığını təsdiqləyib, lakin onun kimliyini açıqlamaqdan imtina edib.

Qeyd edək ki, Niki Minaj bu həftənin əvvəlində Amsterdamda çıxış edib.

Mənbə: TASS

0.072809934616089