Mançester derbisi "qırmızı şeytanlar"ın qələbəsi ilə başa çatdı

İngiltərə Federasiya Kubokunun finalında "Mançester Siti" ilə "Mançester Yunayted" üz-üzə gəliblər.

Xeber-ps.com xəbər verir ki, "Uembli" stadionunda keçirilən görüşün favoriti "Mançester Siti" futbolçuları sayılsalar da, qarşılaşma "qırmızı şeytanlar"ın 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Sonuncu kubokunu 2017-ci ildə Avropa Liqasında qazanan "Mançester Yunayted" nəhayət, uğursuzluq seriyasını qırmağı bacarıb.

Qeyd edək ki, "Mançester Yunayted" 12-ci dəfə Federasiya Kubokunun qalibi olub.

0.067109107971191