Xavi Ernandeslə yolları ayıran "Barselona" yeni məşqçi ilə anlaşdı

İspaniyanın "Barselona" klubu almaniyalı çalışdırıcı Hans Fliklə razılığa gəlib.

Bu barədə idman jurnalisti Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, "kataloniyalılar"ı yeni mövsümdən etibarən 59 yaşlı baş məşqçi Hans Flik çalışdıracaq. Tərəflər arasında iki il müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, Hans Flik İspaniyaya öz komandasından iki alman mütəxəssislə yollanacaq.

16:00

"Barselona" klubu Xavi Ernandeslə yola davam edəcəyini açıqlasa da, baş məşqçi ilə müqaviləyə xitam verilib.

Məlumata görə, kataloniyalıların bu addımı azarkeşlərin qəzəblənməsinə səbəb olub.

Belə ki, daha öncə Xavi Ernandeslə yola davam edəcəklərini bildirən "Barsleona" rəsmiləri indi də Hans Fliklə razılaşdıqlarını və ispaniyalı baş məşqçinin müqaviləsinə xitam verdiklərini açıqlayıblar.

Qeyd edək ki, Xavi Ernandes məsələ ilə bağlı açıqlama verməyəcəyini bildirib.

Mənbə: Bild.de

0.076655864715576