Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadrat kilometr) Azərbaycana qaytarılması təmin olunub.
Xeber-ps.com xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda qeyd olunub.