“Ən-Nəsr” son anda qələbəni əldən verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı Pro Liqasının 32-ci turunda artıq çempionluğunu rəsmiləşdirən “Əl-Hilal” “Ən-Nəsr”in qonağı olub.

Ər-Riyaddakı “Əl Avval Park” stadionunda keçirilən matçda hesab ilk dəqiqədə açılıb.

Ronaldunun ötürməsindən sonra Otavio ev sahiblərini irəli çıxarıb. Lakin 90+9-cu dəqiqədə Mitroviç penaltidən hesabı bərabərləşdirib - 1:1.

Səudiyyə Ərəbistanı çempionatının 32 turundan sonra “Ən-Nəsr” 78 xal toplayıb və ikinci pillədə qərarlaşıb. “Əl-Hilal” isə 90 xalla birinci yerdədir.

 

0.078569889068604