Lopezin dublu “Barselona”ya üç xal qazandırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya La Liqasında 36-cı turun oyunları keçirilir.

Xeber-ps.com xəbər verir ki, mövsümün ikincisi olmağı hədəfləyən “Barselona” sonuncu pillədəki “Almeria”nın qonağı olub.

Katalon klubu Fermin Lopezin 14 və 67-ci dəqiqələrdə vurduğu qolların hesabına səfərdən üç xalla qayıdıb.

Bununla da, Xavinin yetirmələri xallarının sayını 79-a çatdırıblar. “Barsa”nı ən yaxın izləyicisi “Jirona”dan dörd xal ayırır. “Almeria” isə 17 xalla 20-cı sıradadır və cəmi iki oyun sonra La Liqa ilə vidalaşacaq.

 

0.087894916534424