Böyük ümidlərlə transfer olunan Meyson Maunt “Mançester Yunayted”in kabusuna çevrildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Yunayted”in böyük ümidlərlə transfer etdiyi Meyson Maunt mövsümü zədələrlə başa vurub.

Məlumata görə, “Mançester Yunayted”lə ümumilikdə 19 oyuna çıxan ingiltərəli futbolçu cəmi bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb. Meyson Mauntun az oyuna çıxma səbəbi isə zədələrlə bağlıdır. Belə ki, hücumçunun əzələsində yaranan problem yaşıl meydanlardan uzaq qalmasına səbəb olub.

Qeyd edək ki, “qırmızı şeytanlar” hücumçu üçün “Çelsi”yə 60 milyon avro ödəyiblər.

Mənbə: Goal.com

0.070114135742188