“Qalatasaray” azarkeşi olan ata və qızını döyən yeddi nəfərin cəzası bəlli oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Qalatasaray” voleybol klubunun azarkeşi olan ata və qızını döyən yeddi nəfərin taleyi bəlli olub.

Məlumata görə, həmin şəxslər Türkiyə polisi tərəfindən məhkəməyə təhvil veriliblər. Üçü haqqında həbs qərarı çıxarılıb. Dördü isə sərbəst buraxılıb.

“Qalatasaray” rəsmiləri də ata və qızına bu mövzu ilə bağlı köməklik edəcəklərini bildiriblər.

Qeyd edək ki, İstanbul məhkəməsi saxlanılan şəxslərə 26 illik həbs cəzası veriləcəyini bildirib.

Mənbə: Sporx.com

0.09276008605957