Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin baş katibinin köməkçisi, dünya təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto ilə görüşüb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin Mətbuat Xidməti bildirib.
Qeyd olunub ki, tərəflərin görüşündə BMTİP-in “Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətdə əsas lider kimi mövqe tutmasına kömək etmək öhdəliyi bir daha təsdiqlənib”.
Xatırladaq ki, mayın 7-də Markos Neto Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilmiş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxış edib.
#UN ASG #UNDP Assist.Administrator & Director of #BPPS @marcosathias met @HikmetHajiyev Assist. to the President of????????& Head of the PA Foreign Policy Affairs Department. @UNDP's commitment to assisting????????in positioning the country as a key leader in????#climate action was reaffirmed. pic.twitter.com/ZXyqF47apW
— UNDP Azerbaijan ???????? (@UNDPAzerbaijan) May 8, 2024