Türkiyə Futbol Federasiyası “Qalatasaray” - “Fənərbağça” görüşü ilə bağlı qərar qəbul edib.
Məlumata görə, federasiya derbidə qonaq komandanın cəmi 2 500 azarkeşinin oyunu stadiondan izləməsinə icazə verəcək.
Türkiyə polisi derbidən öncə təhlükəsizliyi artırmaq üçün iki gün əvvəldən hərəkətə keçəcək.
Qeyd edək ki, “Qalatasaray” - “Fənərbağça” görüşü mayın 19-da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Mənbə: Sporx.com