“ABŞ-ın Azərbaycana qarşı sərgilədiyi mövqeni gözlənilən hesab eləmək olar. Rəsmi Bakının müstəqil siyasət yürütməsi ilə barışa bilmirlər»
Bunu Azreform.info-ya siyasi şərhçi Fuad Əliyev açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ, Avropa İttifaqı, xüsusən də Fransa güclü, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmirlər:
“Onlara Ermənistan kimi idarə olunan ölkələr lazımdır. Azərbaycan Qərbdən gələn bəyanatları bəziləri kimi qeyd-şərtsiz yerinə yetirəcək ölkə deyil. Azərbaycan xalqı bəzi Qərb ölkələrin, xüsusilə ABŞ-ın ona münasibətdə həmişə ədalətsiz olduğunu, işğalçı Ermənistanı dəstəklədiyini unutmur”.
“Qərb ölkələrin hesabatlarında Azərbaycanda mətbuat, söz azadlığının pozulması qeyd olunur. Azərbaycanda söz və mətbuat azadlığı var, istənilən şəxs istənilən mətbu organlarında öz fikirlərini deyir. Bu söz azadlığın pozulmasıdır? “Fox News” kanalın tanınmış aparıcısı Taker Karlson, TV Kanalın rəhbərliyi tərəfindən rəsmi izahat vermədən işdən azad olunmuşdu. Bilirsiz niyə? Çünki fərqli mövqe ilə çıxış edirdi. Bax buna deyərlər söz azadlığının boğulması. Bu gün istənilən mətbu orqanı, istər ölkədaxili, istərsə xaricdə sərbəst fəaliyyət göstərirlər. Onda bu hesabatlarda kimlərdən gedir söhbət? Söhbət, özlərin yaratdıği 5-vi kalona daxil olan mətbu orqanlardan gedir. Hansılar ki, öz yazılarıyla Azərbaycanda təxribat, qarşıdurma, xaos yaratmaq istəyirlər. Və hüquq-mühafizə organları dövlətçiliyi qorumaq məqsədilə, haqlı olaraq onları ifşa edib məsuliyyətə cəlb edirlər”- Fuad Əliyev qeyd edib.
Fuad Əliyev ABŞ-ın öz daxili problemləriylə məşqul olmaq əvəzinə, başqa ölkələrin daxili işlərinə qarışdığını qeyd edib:
“Dünyanın müxtəlif bölgələrində baş verən siyasi təlatümlər, iğtişaşlar, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrinin içindən mütləq Vaşinqton dayanır. Ukrayna, Yaxın Şərq, Liviya, Suriya, İraq, Əfqanıstan, indi də Gürcüstan və Ermənistan - hamısı ABŞ-nin əsəridir. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bir obyekt belə tikmədi, yol salmadı, əksinə, bütün ölkəni narkotik plantasiyasına çevirdi. Qəzzada baş verənlərin arxasınd Vaşinqton durur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan Amerikadır. Milyonlarla insanın qanı Vaşinqtonun vicdanına yazılıb”.
“ABŞ keçmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına görə məsuliyyət daşıyır. ABŞ 30 il ərzində bir dəfə də olsun işğalçı Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadı. Əvəzinə 1992-ci ildə Azərbaycana qarşı “907-ci düzəlişi qəbul etdi. Və bu günə gədər onu ləğv etməyiblər”-Fuad Əliyev bildirdi.