Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları dünya təşkilatındakı həmkarlarına çatdırıb.
Bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.
“COP29-a hazırlığın tam davam etməsi fonunda Azərbaycan Respublikasının Prezidentinin Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarına ünvanladığı dəvət məktubları Azərbaycanın daimi nümayəndəsi tərəfindən Nyu-Yorkda BMT Baş Qərargahında akkreditə olunmuş hörmətli həmkarlarına çatdırılıb”, - Azərbaycanın dünya təşkilatındakı diplomatik missiyası diqqətə çatdırıb.
As COP29 preparations are fully under way, the invitation letters of the President of the Republic of Azerbaijan addressed to the Heads of State and Government of
— Azerbaijan UN ???????? (@AzmissionUN) May 3, 2024
El Salvador ????????
Libya ????????
Micronesia ????????
New Zealand ????????
Nicaragua ????????
Palau ????????
Senegal ????????
Seychelles ????????
Syria ????????
Tuvalu… pic.twitter.com/F7beh5WJxe