“Prezident Kuboku 2024”ün bağlanış mərasimi keçirilib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə kaneo-kayak və akademik avarçəkmə növündə qaliblərə kuboklar təqdim olunub.

Kaneo-kayakda Gürcüstan millisi, akademik avarçəkmədə isə Özbəkistan seçməsi birinci olub.

Mükafatları Azərbaycan Kaneo və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov və Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli təqdim ediblər.

Daha sonra bağlanış bəddi hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycan yığması turniri doqquz medalla başa vurub.

15:52

Ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü günün qalibləri mükafatlandırılıb.

“Report”un məlumatına görə, mükafatçılara medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç təqdim ediblər.

Qeyd edək ki, turnirdə 21 ölkə təmsilçiləri qüvvələrini sınayıblar. Azərbaycan idmançıları yarışda doqquz medal əldə ediblər.

0.084635019302368