Ülviyyə Fətəliyeva: “Bütün gözləntilərimi kənara qoymuşdum” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanda keçirilən Avropa çempionatında qalib olan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Vətənə qayıdıb.

Xeber-ps.com xəbər verir ki, şahmatçımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

O, jurnalistlərə yarışla bağlı təəssüratlarını bölüşüb:

“Yarış və hazırlıq prosesimiz çox gərgin keçmişdi. Hazırda tarixə imza atdığım üçün çox qürurlu və sevincli hiss edirəm. Bu nəticəni mən çoxdandır ki, gözləyirdim. Lakin bu yarışlarda bütün gözləntilərimi kənara qoymuşdum, sadəcə yaxşı şahmat oynamağa fokuslanmışdım, bu da öz nəticəsini göstərdi”.

Qrosmeyster bu qələbəsini gənc idmançılara həsr etdiyini bildirib:

“Mən ilk sevincimi federasiyanın rəhbəri Mahir Məmmədovla bölüşdüm. Qələbəmi isə gənc şahmatçılara həsr edirəm. Ümid edirəm ki, həmin qələbə gələcək nəsilləri ruhlandırar. Qeyd etmək istəyirəm ki, diqqət göstərib təbrik edən Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Bu, çox dəyərli və qürurverici idi”.

Qeyd edək ki, Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olan 27 yaşlı qrosmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib.

Anar Həsənov

0.16837906837463