Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında “Əl-İttihad” (Ciddə) “Əl-Hilal”la (Ər-Riyad) üz-üzə gəlib.
Xeber-ps.com xəbər verir ki, Ciddədə baş tutab qarşılaşma paytaxt klubunun qələbəsilə başa çatıb - 1:2.
Matçda ilk qolu da elə “Əl-Hilal” vurub, Mişael fərqlənib. Lakin 42-ci dəqiqədə Milinkoviç-Saviçin birbaşa qırmızı vərəqə alması ilə komanda azlıqda qalıb.
67-ci dəqiqədə Hamdallah hesabı bərabərləşdirsə də, 81-ci dəqiqədə Əbdülhəmid komandasını finala çıxaran qolu vurub.
Beləliklə də, “Əl-Hilal” finalda “Ən-Nəsr” - “Əl-Halic” cütünün qalibi ilə yarışacaq.