“Bavariya”nın hücumçusunun uşaqlarının olduğu avtomobil qəzaya uğrayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bavariya”nın hücumçusu Harri Keynin üç övladı xəstəxanalıq olub.

Onlar yol-nəqliyyat hadisəsinə uğrayıblar.

Lui, Vivyen və Ayvi səthi xəsarətlər alıb, təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya aparılıblar.

Digər avtomobildə də bir neçə nəfərin olduğu, lakin ciddi xəsarət alan olmadığı vurğulanıb.

Qəza zamanı Keyn Londonda olub. Burada “Bavariya” “Arsenal”la Çempionlar Liqasının 1/4 finalının ilk oyununu oynayıb.

Mənbə: championat.com

0.25453519821167