Xetaq Qazyumov: “Baş məşqçilik dövrümdə beş lisenziya qazandığımız üçün çox şadam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Baş məşqçilik dövrümdə beş lisenziya qazandığımız üçün çox şadam”.

“Report”un məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirindəki nəticələr barədə jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis yarışa qatılan beş idmançının hər birinin olimpiadaya lisenziya əldə etməsindən məmnun olduğunu söyləyib:

“Federasiya prezidentinin və azarkeşlərin etimadını doğrultduq. Heyətə kimləri qoyduqsa, uğurlu nəticə qazandı, bizi yanıltmadı. Bu da gələcəkdə gənclərimiz üçün üstünlükdür”.

Baş məşqçi üç gündən sonra Qubada təlim-məşq toplanışına başlayacaqlarını sözlərinə əlavə edib:

“Hazırlığa U-23 yığması da qoşulacaq”.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin heyətində Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86) və Georgi Meşvildişvili (125 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.

0.20524001121521