“Salyan şosesində TIR-lardan birinin qoşqu hissəsi aşaraq ön hissəsini də aşırıb”.
Bunu Xeber-ps.com-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər.
Qeyd olunub ki, sürücülərin və eləcə də hərəkət iştirakçılarının mənzil başına rahat və təhlükəsiz çatmasını təmin etmək məqsədi ilə DYP əməkdaşları ərazidə gücləndirilmiş rejimdə xidmət aparırlar.
Lökbatan ələt istiqamətində TIR-ların saxlanılmasına gəlincə isə, qurum faktı təsdiqləyib və bildirib ki, hər hansı arzuolunmaz və ya xoşagəlməz hadisənin baş verməməsi üçün həmin növ nəqliyyat vasitələri saxlanılaraq onların sürücülərinə hava şəraitinin çətin və təhlükəli olduğunu nəzərə almaları, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirmələri və nəqliyyat vasitəsini yolun sağ künc tərəfi ilə idarə etmələri tövsiyə olunub.
14:34
“Salyan şosesində, Bakı Dərin Özüllər Zavodunun yaxınlığında, güclü külək səbəbindən yük maşını aşıb”.
Bu barədə Xeber-ps.com-a hadisə yerindən xəbər verilib.
Məlumatda qeyd olunub ki, aşan TIR-ın ərazidən götürülməsi səbəbindən yolda uzun tıxac yaranıb.
Bundan əlavə, məlumatda o da vurğulanıb ki, Lökbatan dairəsindən Ələt istiqamətində hərəkətdə olan TIR-lar mümkün aşma təhlükəsi üzündən məcburi dayandırılır”.
Videonu təqdim edirik:
Əzizə İsmayılova