Çempionlar Liqasında Milanın “İnter” klubuna qarşı oynamağa hazırlaşan Madrid “Real”ının futbolçularından biri COVID-19-a yoluxub.
Bu barədə “Football Italia” məlumat yayıb.
Lakin klub koronavirusa yoluxan futbolçunun kimliyi barədə məlumat verməyib.
Bildirilib ki, əgər futbolçunun COVID-19-la bağlı ikinci testi də müsbət nəticə göstərsə, futbolçu Çempionlar Liqasının bir sıra görüşlərini buraxmaq məcburiyyətində qalacaq.