Azərbaycan - İsveçrə oyununun hakimləri açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin evdə İsveçrə yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun hakim təyinatları bəlli olub.

Xeber-ps.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç Rumıniyadan olan hakimlərə tapşırılıb.

Referi Alina Peşuya yan xətt hakimləri Daniela Konstantinesku və Petruta Yuqulesku yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Kristina Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, B Liqasının I qrupunun oyunu aprelin 9-da “Liv Bona Dea Arena”da keçiriləcək və saat 16:00-da başlayacaq.

0.092406988143921