“Bu gün təxminən 60 mindən artıq işləyən pensiyaçımız var”.
APA xəbər verir ki, bunu televiziya kanallarının birində canlı yayım zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, bu rəqəm getdikcə artacaq:
“Nəzərə alaq ki, əhalimiz işləməyə daha çox meyillidir. Pensiyaya çıxdıqdan sonra da işləyən vətəndaşlarımız var. Onlar altı il işlədikdən sonra topladıqları kapital hər il indeksasiya olunaraq pensiyalarının üzərinə gələcək. Bu gün bu, müraciət əsasında həyata keçirilir. Lakin bu ilin sonuna qədər bunun proaktiv qaydada həyata keçirilməsi planlaşdırılır”.