İngiltərə Premyer Liqasının yeddinci turu çərçivəsində “Tottenhem” öz meydanında “Brayton”u qəbul edib.
Xeber-ps.com xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesabı “Tottenhem”in hücumçusu Harri Keyn açıb. O, təyin edilmiş penaltini dəqiq yerinə yetirib.
Oyunun 56-cı dəqiqəsində qonaqların 2 nömrəli futbolçusu Lamptey hesaba tarazlıq gətirib: 1-1.
“Tottenhem”ə qələbə qazandıran qolun müəllifi klubun yeni transferi Qaret Beyl olub. O, debüt qolunu qarşılaşmanın 73-cü dəqiqəsində vurub.
Bu qələbədən sonra “Tottenhem” 14 xalla 2-ci pilləyə qalxıb. “Brayton” 5 xalla 16-cı pillədə qərarlaşıb.