“Bavariya” yarımmüdafiəçi Camal Musialanı heç vaxt satmayacaq.
Bu barədə klubun idman direktoru Maks Eberl xəbər verib.
“Camal Musiala satılmır. O, öz performansı ilə böyük sevinc gətirir. Məqsədimiz onu “Bavariya”nın yeni siması etməkdir”, - deyə Eberl bildirib.
“Çelsi”nin məzunu olan Musiala 2019-cu ildən “Bavariya”da çıxış edir. Bu mövsüm almaniyalı bütün turnirlərdə 32 oyun keçirib, doqquz qol vurub və dörd məhsuldar ötürmə edib.
Futbolçunun Münhen klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 110 milyon avrodur.
Mənbə: Championat.com