Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.
Xeber-ps.com-ın məlumatına görə, sonuncu dövrənin ilk oyunu Qəbələdə keçirilib.
Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Çempionatın aşkar autsayderi növbəti dəfə meydanı məğlub tərk edib.
Rəqibi üzərində 1:0 hesablı qələbə qazanan “Neftçi” xallarının sayını 43-ə çatdıraraq, turnir cədvəlində ikinci pilləyə yüksəlib. Qarşılaşmada yeganə qola 42-ci dəqiqədə Kilan Lebon imza atıb.
Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.