Qadın voleybolçuların Yüksək Liqasında XVIII turun oyunları keçirilib.
Xeber-ps.com xəbər verir ki, matçların ikisi Bakıda, digəri isə Gəncədə baş tutub.
“Gəncə” doğma meydanda UNEC-i qəbul edib. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün növbəti görüşündə “Abşeron” və “Milli Aviasiya Akademiyası” kollektivləri üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyunda birincilər 3:0 hesabı ilə qələbə qazanıb.
Turun son matçı eyni məkanda “Murov Az Terminal” və “Azərreyl” komandaları arasında olub. Gərgin keçən qarşılaşmada “dəmiryolçular” 3:1 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib.
Bu nəticələrdən sonra “Azərreyl” 45 xalla turnir cədvəlinə başçılıq edir. “Abşeron” 39 xalla ikinci, 37 xallı “Murov Az Terminal” isə üçüncü pillədə qərarlaşıb.