“Milan”ın müdafiəçisi San-Paulu ştatındakı villasını satacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya yığması və “Milan”ın müdafiəçisi Kafu San-Paulu ştatındakı villasını satacaq.

Xeber-ps.com xəbər verir ki, buna səbəb veteran futbolçunun borclu olmasıdır.

Yayılan məlumatlara görə, Kafu villasını 7,4 milyon avroya satmağı planlaşdırır. Əgər satıcı tapılmasa, daşınmaz əmlakın dəyəri iki dəfə ucuzlaşa bilər. Dörd mərtəbəli villanın sahəsi 2,5 min kvadratmetrdir. Orada dörd lüks nömrə, futbol meydanı, kinozal, mükafatlar otağı və sauna var.

Qeyd edək ki, Kafunun 1,8 milyon avro borcu olduğu xəbərləri yayılıb.

0.05256199836731