Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirini dörd medalla başa vurublar.
Xeber-ps.com-ın məlumatına görə, yarışın son günündə millinin daha iki üzvü fəxri kürsüyə yüksəlib.
Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) üçüncü olublar. Azərbaycanı “Böyük Dəbilqə” turnirində doqquz çəki dərəcəsində 11 kişi, dörd qadın cüdoçu təmsil edib.