Azərbaycanlı kikboksçu “Glory 91” yarışında iştirak edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Fransanın paytaxtı Parisdə “Glory 91” yarışında iştirak edəcək.

Xeber-ps.com xəbər verir ki, döyüşçümüz turnirdə özünü yeni çəkidə sınayacaq.

O, ağır yox, yüngül ağır - 91 kq-dan aşağı çəkidə çıxış edəcək. Bəhramın rəqibi yerli idmançı Kevin Oumar (33-4) olacaq. “Glory 91” turniri aprelin 27-də keçiriləcək.

Qeyd edək ki, Bəhram Rəcəbzadə peşəkar rinqdə keçirdiyi 68 görüşdə 66 qələbə qazanıb, iki dəfə məğlub olub. Kikboksçumuz bu qarşılaşmaların 58-də nokautla qalib gəlib.

0.21149301528931