“Beşiktaş”ın idman direktoru Samet Aybaba “Qarabağ”ın hücumçusu Olavio Juninyonun transferi üçün mövsüm bitmədən Bakıya gələcək.
Bu barədə Türkiyənin “Fotomaç” nəşri məlumat yayıb.
Bildirilir ki, “sambaçı”nı çox bəyənən Aybaba “qara-qartallar”ın rəhbərliyindən razılıq aldıqdan sonra “Qarabağ”la əlaqəyə keçib. Azərbaycan çempionu transfer üçün 8 milyon avro istəsə də, məbləğin endiriləcəyi də vurğulanır. Bu səbəbdən də istanbullular mövsüm bitməmiş braziliyalının keçidini həll etməyi planlaşdırırlar.
Qeyd edək ki, Samet Aybaba Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın “Bayer”lə (2:3) səfər oyununu “BayArena”da izləyib və Juninyo ilə bağlı müsbət rəy verib.