Almaniya Bundesliqasında VI turun oyunları davam edir.
Oyun günü 5 matçla davam edib.
Liderlər qrupunun ilk pillələrindəki komandalar səfər matçına çıxıblar.
Son çempion “Bavariya” “Köln”ə qalib gəlib – 2:1.
“Borussiya Dortmund” da turu itkisiz başa vurub. “Sarılar” “Arminiya” səfərindən 3 xalla dönüb.
Bununla “Bavariya” və “Borussiya” zirvəyə yüksələrək, eyni xalla liderliyi bölüşüblər.
“Leypsiq” isə Mönhenqladbaxda yerli “Borussiya” ilə qarşılaşıb. Mövsümdə ilk məğlubiyyətini alan “Leypsiq”i 3-cü pilləyə yuvarlanıb.
Qeyd edək ki, turun açılış oyununda dünən “Şalke” ilə “Ştutqart” bərabərə qalıb – 1:1.
Almaniya Bundesliqası
VI tur
31 oktyabr
“Arminiya” – “Borussiya” D. – 0:2
Qollar: Hummels, 53, 71
“Auqsburq” – “Mayns” – 3:1
Qollar: Varqas, 40, Han, 80, 90+1 – Onisivo, 64
“Ayntraxt” – “Verder” – 1:1
Qollar: Silva, 65 – Sarqent, 51
“Köln” – “Bavariya” – 1:2
Qollar: Dreksler, 82 – Müller, 13, Qnabri, 45+1
“Borussiya” M. – “Leypsiq” – 1:0
Qol: Volf, 60