Millinin və “Neftçi”nin üzvü Türkiyə klubu ilə anlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mövsümün sonunda “Neftçi”dən ayrılacaq ilk futbolçunun kimliyinə aydınlıq gətirilib.

Sportinfo.az xəbər verir ki, bu, Eddi İsrafilovdur.

2022-ci ilin yanvarından “ağ-qaralar”ın şərəfini qoruyan yarımmüdafiəçi yeni müqavilə təklifini qəbul etməyib. İllik ödənişinin artırılmasını tələb edən 31 yaşlı orta sahə oyunçusu 350-400 min dollarlıq maaş istəyib.

AFFA tərəfindən milliləşdirilən İsrafilovun “Neftçi”ni hansı kluba dəyişməyə hazırlaşması da məlumdur. Karyerasının əsas hissəsi İspaniyaya bağlı olan Eddi Türkiyədən gələn təkliflə razılaşıb. O bu ilin əvvəlində Vüsal İsgəndərlini sıralarına qatan “Boluspor”la anlaşma əldə edib.

0.087080001831055