Azərbaycanın gimnastika millisi Portuqaliyadakı turnirə qatılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq “12-ci Kantanhede beynəlxalq açıq yarışı”na qatılacaq.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında 10 gimnast turnirdə mübarizə aparacaq.

Bunlar Arzu Ağayeva, Leyla Bejanova, Sənəm Kazımova, Sara Əlixanlı, Dilarə Qurbanova, Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Xədicə Quliyevadır.

Bu gün startı veriləcək yarış martın 24-dək davam edəcək. Beynəlxalq dərəcəli hakim Lalə Hüseynova da turnirdə Azərbaycanı təmsil edəcək.

0.062605857849121