Bir sahədə biznesmenlərə güzəşt ediləcək - Qərar imzalandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.

Xeber-ps.com xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra quş əti istehsalı üçün avadanlıq dəsti (yemləmə, sulama, havalandırma-soyutma, isitmə, işıqlandırma və idarəetmə sistemləri daxil olmaqla) siyahıya daxil edilib.

Qərarın icrasına nazir müavini İlhamə Qədimovaya tapşırılıb.

Nazirliyin Aparatının Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

0.31111192703247