Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, dünən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan Xeber-ps.com-a verilən məlumata görə, havada tozun miqdarı 1,7-1,9 dəfə normadan artıqdır.
“Buna səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında norma daxilinə düşəcəyi gözlənilir”, - deyə bildirilib.