Beynəlxalq təşkilatlar baş verən erməni cinayətləri faktını təsdiqlədilər

Ermənistan hərbi qüvvələrinin Bərdə, Gəncə, Tərtər və digər şəhərlərimizdə raket zərbələri ilə törətdiyi faciəli dağıntılar heç bir insanlığa, heç bir hərbi qayda-qanunlara sığmır. Məkirli, insanlıqdan uzaq olan erməni hərbçiləri ilə üz-üzə qalan Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən təkcə cəbhədə şəhidlər vermir, həm də müharibə bölgəsindən uzaqda yerləşən mülki ərazilərdə də insanlarını itirir. Təəssüf doğuran məqam budur ki, erməni hərbçilərinin Qadağan olunmuş raketlərlə mülki əhalini, evlərimizi hədəfə alması və baş verən dağıntıların, tökülən qanların dəhşət doğuran mənzərəsi beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir. Lakin dünya ictimaiyyəti hələ də Ermənistana qarşı hər hansı təpki sərgiləmir. Beynəlxalq təşkilatların nümayəndələri 10-17 oktyabrda Gəncəyə atılan raketlərdən sonra, oktyabrın 26-27-də Bərdəyə də atılan raketinin törətdiyi faciəni öz gözləri gördü, müşahidə etdi.

 

Bəs, beynəlxalq təşkilatların erməni hərbi cinayətlərini təsdiqləməsi faktı Azərbaycana nə vəd edir?

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Versus.Az-a açıqlamasında bildirib ki, erməni faşistlərinin Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin artıq sentyabrın 27-dən daha aktiv fazaya keçdiyini bildirib. Partiya sədri xarici qurumların Ermənistanın müharibə zonasından uzaqda yerləşən şəhərlərimizi atəşə tutmasını görməzdən gəlmələrini mümkünsüz hesab edib. Onun sözlərinə görə, artıq bir çox beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch”, “Amnesty İnternotional” məlum hadisəni pisləyib.

F.Əliyev Avropa Şurası Parlament Assambleyasında Azərbaycan mülki əhalisinin Ermənistan tərəfindən atılan raketlərin ətrafında müzkirələrə başlayacağını səsimizin dünyada eşidilməsi kimi qeyd edib.

F.Əliyev bildirib ki, beynəlxalq təşkilatların Bərdədə, Gəncədə baş verən erməni cinayətləri faktını təsdiqləməsi gələcəkdə Azərbaycanın öz haqq işini müdafiə etməsi baxımından əhəmiyyətli olacaq:

“Biz illər boyu informasiya müharibəsində uduzurduq. Erməni lobbisinin yaratdığı informasiya miflərini qıra bilmirdik. Artıq bu günlər erməni raketlərinin düşdüyü ərazilərə dövlət tərəfindən təşkil olunan beynəlxalq korpus nümayəndələrinin səfərləri bu mifi dağıdır. Artıq erməni faşizmini öz gözlərilə görən xarici qurumlar bu barədə öz ölkələrinə məlumatlar ötürüblər. Bu, istər-istəməz müharibədə haqlı mövqeyimizi dəstəkləyəcək. Avropada və digər beynəlxalq təşkilatlarda Ermənistanın qadağan olunmuş silahlardan istifadə etdiyi, Ermənistanda faşist hakimiyyəti olduğunu təsdiq edirlər”.

F.Əliyev qeyd edib ki, bu gün Minsk Qrupu həmsədr dövlətlərinin bu faciələrə heç bir reaksiya verməməsi bir daha sübut edir ki, bu qurum ikili standartlarını davam etdirir:

“Əslində isə Azərbaycan torpaqlarında gedən müharibənin mahiyyətini çox yaxşı anlayırlar. Bilirlər ki, müharibə Azərbaycan sərhədləri daxilində gedir və Azərbaycan öz torpaqlarını işğaldan, terrordan xilas edir. Bundan qabaq həmsədrlər Qarabağla bağlı hər hansı xəbər verilən zaman dərhal ermənilərə dəstək verirdilər. Bu gün Rusiya da Putinin simasında işğalı təsdiq edir. Mətbuatımız, ordumuz, erməni terroru, hərbi cinayətləri barədə son 10-12 gün ərzində ciddi şəkildə dünyaya məlumatlar ötürürük. Hətta Fransa deputatlarından məsələ ilə bağlı müsbət reaksiyalar alırıq. Düşünürəm ki, Azərbaycan istədiyinə nail olacaq. Paşinyan hərbi xuntası, bütövlükdə Ermənistan bu cinayətinə görə cavab verəcək”.

0.09522008895874