“Bütün azarkeşlərə dəstəyə görə, təşəkkür edirəm. Həm Bakıdakı, həm buradakı oyunda yaxşı şans qazanmışdıq”.
Xeber-ps.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Avropa Liqasında 1/8 finalın cavab matçında “Bayer”ə 2:3 hesablı məğlubiyyəti şərh edib. Təcrübəli mütəxəssis “CBC Sport”a açıqlamasında rəqibin gücünü xüsusi vurğulayıb:
“Bu görüşlər komandaya böyük inam verdi. Futbolçular çox əziyyət çəkdilər, sonadək mübarizə apardılar. Sadəcə azlıqda güclü rəqibə qarşı oynamaq asan deyil. Bəsit qollar buraxdıq. Sonda “Bayer” gözlənildiyi kimi, güclü təzyiq yaratdı”.
Qeyd edək ki, səfərdə 2:3 hesabı ilə uduzan “Qarabağ” evdə 2:2 hesablı heç-heçə oynadığından Avropa Liqasının 1/8 finalında mübarizəni dayandırıb.