Azərbaycan millisi Bolqarıstana böyük hesabla uduzub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda Bolqarıstana uduzub.

Xeber-ps.com xəbər verir ki, qarşılaşma Bolqarıstanın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

B qrupunda yer alan millimizin yeganə qoluna 25-ci dəqiqədə Xanım Əsədova imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti matçını martın 17-də Sloveniya millisinə qarşı keçirəcək.

0.077651023864746