Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasının qarşısında asılmış lövhədə yanlışlığa yol verilib.
Bildirilib ki, lövhədə “Ekologiya” əvəzinə “Ekalogiya” yazılıb. Yəni “o” hərfi “a” ilə əvəzlənib. Bu isə ciddi qrammatik səhvdir.
Məsələ ilə bağlı Bizim.media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, yanlışlıq tezliklə aradan qaldırılacaq.