“Liverpul” və Kolumbiya millisinin vingeri Luis Diaz qarşıdan gələn yay transfer pəncərəsində PSJ-nin oyunçusu ola bilər.
Məlumata görə, parislilərin rəhbərliyi hücumameyilli futbolçunu qısa siyahıya daxil edib.
“Liverpul” futbolçunu 80 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, Diaz 2022-ci ilin yanvarından komandada çıxış edir. Bu mövsüm cinah oyunçusu mersisaydlıların heyətində bütün yarışlarda 38 oyun keçirib, 11 qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun ispan klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.
Mənbə: championat.com