Premyer Liqa: “Turan” “Araz”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.

Günün ilk görüşündə "Turan Tovuz" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Tovuz klubu 32 xalla 7-ci, Naxçıvan təmsilçisi 31 xalla 8-ci pillədə qərarlaşıb.

Tur "Qarabağ" - "Zirə" matçı ilə başa çatacaq. “Köhlən atlar” 60 xalla 1-ci, “qartallar” 36 xalla 6-cı yerdədir.

Azərbaycan Premyer Liqası

XXVI tur

5 fevral

15:30. “Turan Tovuz”– “Araz-Naxçıvan

Baş hakim: Rəşad Əhmədov

Tovuz şəhər stadionu

18:00 “Qarabağ” – “Zirə”

Baş hakim: Əliyar Ağayev

Tofiq Bəhramov Respublika stadionu

0.064115047454834