Qurban Qurbanovdan Juninyo açıqlaması: Durumu necədir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda "Bayer 04"ə qarşı keçirdiyi Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Qarabağ”ın futbolçusu Olavio Juninyo zədələnib.

84-cü dəqiqədə onu Nəriman Axundzadə əvəzləyib.

Baş məşqçi Qurban Qurbanov braziliyalı hücumçunun son vəziyyəti barədə açıqlama verib:

“Ola bilər ki, əzələsində problem yaransın. Sabah dəqiq bilinəcək. Digərlərində ciddi problem olmalı deyil. Həkimlərin dediyinə görə, Juninyoda 70 faiz ehtimalla yorğunluq yox, zədədir”, - Q.Qurbanov qeyd edib.

0.26944208145142