Bu gün Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Bayer” dünən gecə saatlarında Bakıya gəlib.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Leverkuzen təmsilçisinin düşərgəsinə sürpriz səfər edib.
O, Bundesliqanın liderinin qaldığı hotelə yollanaraq, həmkarı Xabi Alonso ilə görüşüb. Qurbanov ispaniyalı çalışdırıcıya gözəl Azərbaycan xalçası bağışlayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.
Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.
Sportinfo.az