“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın 27-ci turunun “Valensiya” ilə oyunda (2:2) qırmızı vərəqə aldığı epizodda hakimlə mübahisə etdiyi üçün iki oyunluq cəzalanıb. Futbolçu İspaniya çempionatının 28 və 29-cu turlarında komandasına kömək edə bilməyəcək.
Bu barədə məşhur jurnalist və insayder Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) məlumat verib.
Xatırladaq ki, ikinci hissənin 90+9-cu dəqiqəsində Bellinqem qola imza atsa da, matçın baş hakimi Xesus Manzano bunu hesaba almayaraq oyunu bitirib. Baş hakim daha sonra qəzəbli Bellinqemi meydandan qovub.